Bu qadın tarixə düşə bilərbackend

Bu qadın tarixə düşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerə bir daha qayıtmamaq məqsədilə Marsa getməyi düşünən Megi elə orada ana olmaq istəyir. Universitetdə astorofizik ixtisasına yiyələnən Megi kosmosda dünyaya uşaq gətirmək istədiyini bildirib.

“Mars One” şirkətinin 2012-ci ildə elan etdiyi “Qızıl Planet”də kaloniya qurmaq ideyası ilə bağlı 200 min insan müraciət edib. Seçimlərdən keçən insanlar 9 il müddətində müxtəlif testlərdən keçəcək və 2024-cü ildə yola çıxaçaqlar.

24 yaşlı ingilis tələbə Maggi Lieu da həmin insanlar arasındadır və o kosmosda dünyaya uşaq gətirmək istədiyini bildirib. Əgər onun müraciəti qəbul olunarsa Lieu 33 yaşında Marsda olacaq və istəyini reallaşdıra bilsə ilkə imza atmış olacaq.

Maggi Lieunun bu təklifinin “Mars One” şirkəti tərəfindən necə qarşılanacağı isə bilinmir.

İnterpress.az