Dünyanın ən yaşlı sakini öldübackend

Dünyanın ən yaşlı sakini öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda məlumatı “The Detroit News” nəşri yayıb.

Ceralinin qızı Telma Holouey anasının bu yaxınlarda xəstəxanaya yerləşdirildiyini bildirib: “Ancaq o, qısa zamandan sonra evə buraxılıb”.

Telmanın sözlərinə görə, dünyanın ən yaşlı sakini 104 yaşınadək boulinq oynayıb və həyətdə ot biçib: ”Anam eyni zamanda balıq ovu ilə də məşğul olub, paltar tikib, həyət-baca işinə kömək edib”.

Qeyd edək ki, Ceralin Telli Corciya ştatının Montroz şəhərində anadan olub. 1930-cu illərdə Miçiqan şəhərinə köçüb. Onun əri də uzunömürlü olub və 95 yaşında ölüb.

Ceralin heç vaxt siqaret çəkməyib və spirtli içki qəbul etməyib.

Xatırladaq ki, hazırda dünyanın ən yaşlı insanı statusunu ABŞ-da yaşayan 115 yaşlı Syuzanna Muşatt Cons qazanıb.

İnterpress.az