Cəzasızlığın azğınlaşdırdığı Əjdər Tağızadə!backend

Cəzasızlığın azğınlaşdırdığı Əjdər Tağızadə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində Əjdər Tağızadəyə bələd olan, onu azacıq da olsa tanıyanlar üçün bu o qədər də təəccüblü və qəribə gəlmir, çünki hansısa tədbirdən narazılığını iddia və böhtanlarla bildirmək onun ən sevimli “siyasət oyunudur” və Əjdər Tağızadə bu oyunda oynamağı yaxşı bacarır. Daha doğrusu bacarırdı, ta ki əsassiz ittihamalarına heç bir halda normal qarşılanmayacaq motivlər əlavə edənə qədər…

Əjdər Tağızadənin ittihamları bu dəfə DAK həmsədri Sabir Rüstəmxanlı ilə yanaşı onun həyat yoldaşı və Azəri-Türk Qadınlar İçtimai Birliyinin sədri Tənzilə Rüstəmxanlıya ünvanlanıb. Tağızadə ittihamlarını şər və böhtan örtüyünə bükərək cəmiyyətə “həqiqət” kimi sırımağa çalışır, amma elə ilk cümlələrdən öz mahiyyətini ortaya qoyduğunun ya fərqində deyil, ya da fərqində olsa belə aldığı əmrlər onu dayanmamağa vadar edir. Özünü “illərin siyasətçisi” adlandıran bir adam kimi xanımın öz həyat yoldaşı ilə əqidə yoldaşı, dava yoldaşı olmaqda ittiham etməyin nə qədər böyük uğursuzluq olduğunu bilməmək ayıbı da var ortada, Əjdər Tağızadə! Türklükdən, türk tarixindən ağızdolusu danışdığı üçün türk qadının hər zaman öz həyat yoldaşının yanında olduğunu, dəstəyini əsirgəmədiyini, Vətən və Millət yolunda savaşın önündə dayanmaq cəsarətində və gücündə olduğunu da yəqin ki, bilməmiş olmaz. Bu tarix boyunca belə olub və yenə də belədir. Bəs o zaman nədir Əjdər Tağzadəni bu qədər narahat edən? DAK-mı, Azərbaycanın gələcəyimi, Bütöv Azərbaycanın taleyimi? Əlbəttə yox! Onu tanıyanlar yaxşı bilir ki, Əjdər Tağızadə sadəcə və sadəcə intiriqa adamıdır, həm də sözün əsl mənasında bütün bacarığını bu yolda sərf etmiş, zaman-zaman bu yolda uğurlar qazanmış, növbəti intriqalar üçün zəmin hazırlamış birisidir. Türk və Azərbaycan ailə dəyərlərindən çox uzaq adam olduğu üçün bir ailənin xanımı, bir xalqın övladı, bir vətənin vətəndaşı və cəmiyyətin tanınmış simalarından biri haqqında bu qədər çirkin iftiralar səsləndirməyi özünə rəva bilməsi heç kəsi təəccübləndirmir.
Özünü Güney Azərbaycanın təəssübkeşi kimi təqdim etməsi hələ onun bu təəssübü çəkdiyinin sübutu deyil. Baxın, bu adamın yanında Güneydən olan bircə nəfər belə varmı? Yoxdur və olmayacaq da! Çünki Əjdər Tağızadəni daha yaxşı tanıyanlar vaxtilə onu özlərinə dava yoldaşı bilən güneyli soydaşlarımızdır. Güneylilər arasında bir fikir hakimi-mütləqdir- Əjdər Tağızadə olan yerdən uzaq durmaq! Bu fikir illər əvvəl də belə olub, indi də belədir və siyasət mydanında Əjdər Tağızadə adı qaldıqca da belə olacaq! Səbəb Əjdər Tağızadənin əməlləridir, Güneyin üzərindən çirkin oyunlar oynayıb ancaq öz şəxsi maraqlarını və təbii ki, xidmət etdiyi “rəhbərlərinin” maraqlarını qoruyan əməlləri. Bu əməllər isə Əjdər Tağızadədə kifayət qədərdir. Sadəcə onu xatırladaq ki, Tağızadənin öz mühacir yoldaşının qızına qarşı əxlaqsız hərəkətləri ilə bağlı söhbətlər hələ unudulmayıb və unudulacaq həddə də deyil. Cəzasızlıq Tağızadəni azğınlaşdırıb. İndiyəqədərki əməlləri ilə Güney məsələsinə, bu istiqamətdə çalışan təşkilatlara vurduğu ziyana, ayrı-ayrı insanlarla bağlı səsləndirdiyi iddialara, yaxdığı şər və böhtanlara görə aldığı “minnətdarlıqlarla” kifayətlənməsi onda özü barədə “durdurulmayacaq adam” təsəvvürü formalaşdırıb. Bu təsəvvürü hüquq alt-üst edəcək, Əjdər Tağızadə! Sənin üçün də qorunmalı dəyərlər olmaya bilər, amma sənin hədəf götürdüyün insanlar üçün DƏYƏRLƏR önəmlidir.

İnterpress.az-ın Analitik Qrupu