Səftər Rəhimlidən şok Əjdər Tağızadə açıqlaması: “O, 10 il “KQB”yə işləyib”backend

Səftər Rəhimlidən şok Əjdər Tağızadə açıqlaması: “O, 10 il “KQB”yə işləyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diqqət ediləsi məsələ Əbülfəz Elçibəyi örnək saydığını iddia edən birisinin hər hansı bir xanım deyil, Tənzilə Rüstəmxanlı haqqında danışdıqlarıdır…

İllərlə evində çörək yediyi bir insana qarşı bu münasibət ancaq Əjdər Tağızadəyə yaraşar…

“Ayıbdır” sözü anlayana deyilir…

Ancaq ar damarı çatlayana “ayıbdır” deməzlər…

Əjdər Tağızadənin ar damarı çatlayıb. Bunun üçün “kamikadzelik” edir… Bunun üçün hər bazara özünü çıxarır ki, birisi onunla maraqlansın…

Qısacası, Brüsseldə Mirəşrəf Fətiyevdən çırpışdırdığı 25 min avronun hesabını verə bilmədiyi üçün istefa verən və heç 24 saat keçmədən tüpürdüyünü yalayandan nə gözləyəsən ki…

Fəqət sənin dilinə dolamağa cəsarət etdiyin Tənzilə Rüstəmxanlı bu millət üçün çalışdı hər zaman…

Sən Tənzilə Rüstəmxanlının çölə atılan dırnağı belə ola bilməzsən…

Sənin kiminlə nə divan var, özün bilərsən… O DAK, o sən… Ancaq Tənzilə Rüstəmxanlı adını dilinə dolamaq niyyətində davam edərsən, illərlə qazandıqların burnundan fitil-fitil gələr…

Sənə köhnə kişilərdən məsəl çəkmək istəyirdim, vaz keçdim. İstefa verib sonra geri qayıtmaq üçün çalışan, qapılar üzünə bağlı olduğu üçün xanıma hücuma keçən bu məsəlləri anlamaz.

Əlqərəz, Əjdər Tağızadənin kimliyindən çox danışmağa dəyməz… Necə də olsa, uzun illər DAK-da Əjdər Tağızadə ilə bərabər çalışmış Səftər Rəhimli kim olduğunu zamanında açıqlayıb…

Yazı “Xural” qəzetində çap olunub. Buyurun oxuyun:

Saxtakar Əjdər Tağızadə KQB-yə işləyib…

Həm də düz 10 il sərasər…

Azərbaycan haqqında ağzına gələni deyən və guya mücahid olan saxta və saxtakar Əjdər Tağızadə haqqında bir həqiqət də DAK-ı daqqıldatmağa başlayan Səftər Rəhimlidən bəyan edilib. Səftər Rəhimli “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında deyib: “…O ki qaldı Əjdər Tağızadəyə, 1984-85-ci ildən İran sərhədini keçib Azərbaycana gələndə onun ilk gəldiyi yer “KQB” olub. DAK İdarə Heyəti üzvlərindən biri onun üzünə bildirdi ki, 10 il “KQB”-yə işləmisən. Bu adamlar DAK-ın demokratik və bütöv fəaliyyətinə çalışan şəxslərin əleyhinədirlər.”

Deməli, Əjdər Tağızadənin ilk iş yerlərindən biri Sovet KQB-si olub… ( yenicag.az )

İnterpress.az