Taekvondoçumuz finalda – CANLIbackend

Taekvondoçumuz finalda – CANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, finala gedən yolda sloveniyalı Konrad Traykoviçlə üz-üzə gəlib. Rəqibini 17:2 hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib.
Radik qızıl medal uğrunda döyüşdə Vedran Qoleç (Xorvatiya) – Vladislav Larin (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk üç yarış günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medal qazanıb.

Qadınların yarışında ölkəmizi 67 kq çəkidə təmsil edən 21 yaşlı Mariya Tedeyeva ilkin mərhələdə 27 ukraynalı Marina Koniyeva ilə qarşılaşıb və 4:10 hesabı ilə uduzub. Əgər Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.

İnterpress.az