Gimnastımız 4-cü medalını qazanıbbackend

Gimnastımız 4-cü medalını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir.

Milli Gimnastika Arenasında ümumilikdə 10 dəst medal sahibini tapacaq. Qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir. Hər yarışda 6 idmançı qüvvəsini sınayır.

Mükafatlar uğrunda Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparır. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışır.

Belə ki, Oleq 4 müxtəlif hərəkətdə – gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayır.

Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdı. Gimnastımzıla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bartonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb.

Həlqələrdə hərəkətlərdə 14.466 xal toplayan idmançımız 4-cü olub. Qızıl medalı Elefterios Petrounias (Yunanıstan), gümüş medalı Nikita İqnatyev (Rusiya), bürünc medalı isə İbrahim Çolak (Türkiyə) qazanıb.

Dayaqla tullanmada ilk çıxış edən Stepko olub. O, 14.966 xal toplayaraq bürünc medal qazanıb. Bu Oleqin Avropa Oyunlarında 4-cü, Azərbaycanın 32-ci medalıdı. Dayaqla tullanmada Oleq Verniayev (Ukrayna) qızıl, Kasimir Şmidt (Hollandiya) gümüş medala sahib çıxıb.

İnterpress.az