Azad Rəhimov avstriyalı idmançının ölüm xəbərinə münasibət bildiribbackend

Azad Rəhimov avstriyalı idmançının ölüm xəbərinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad Rəhimov APA-ya açıqlamasında bildirib ki, avstriyalı idmançı Vanessa Sahinoviçin səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması həm jurnalistika prinsiplərinə, həm də insani dəyərlərə ziddir: “Hesab edirəm ki, hər bir jurnalist, media orqanı öz fəaliyyətində jurnalistikanın peşəkarlıq, obyektivlik və qərəzsizlik kimi prinsiplərini rəhbər tutmalıdır. Təəssüf ki, bir sıra KIV-lər ayrı-ayrı daxili və xarici dairələrin maraqlarına uyğun olaraq l Avropa Oyunları kimi mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq və bu məqsədlə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq yolunu tutmuşlar. Buna görə də heç bir araşdırma aparmadan avstriyalı idmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhdan, vətənpərvərlik hisslərindən məhrum olduğunu deməyə tam əsas vardır. Belə dezinformasiyalar l Avropa Oyunlarının keçirilməsi ilə bağlı iki il yarım ərzində reallaşdırılan böyük işlərə ləkə yaxmaq cəhdindən, bunda zəhməti olan insanlara hörmətsizlikdən başqa bir şey deyildir.
Bu həm də humanizm prinsiplərinə ziddir, idmançının ciddi sarsıntı keçirmiş ailəsinə və yaxınlarına qarşı mənəvi zərbədir. Ümid edirəm ki, qarşıdan gələn dövrdə media l Avropa Oyunlarının əhəmiyyətini, bu mühüm idman tədbirinə bütün dünyada böyük diqqət göstərildiyini nəzərə alacaq və onunla bağlı məlumatların təqdimatına daha məsuliyyətlə yanaşacaqdır”.

İnterpress.az