Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Avropa Liqasında rəqiblərimiz məlum olub

Bu gün Avropa Liqasının 2015/16 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.

Dərc edilib: 22 iyun 2015 [16:38]
Baxış sayı: 2710

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın 3 təmsilçisinin mübarizəyə qatılacağı I təsnifat mərhələsinin cütləri müəyyənləşib.

Bu raundda mübarizə aparacaq 102 komanda 51 cüt təşkil edib. Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” Albaniyanın “Laçi” klubu ilə görüşəcək. Bakılılar ilk matçı Albaniyada keçirəcək.

Çempionatımızın bürünc mükafatçısı “Qəbələ” Gürcüstan “Dinamo”su ilə görüşəcək. Təmsilçimiz Tiflis klubu ilə ilk görüşü səfərdə, cavab oyununu evdə keçirəcək.

Paytaxt təmsilçisi “Neftçi”nin bəxtinə Monteqro “Mladost”u düşüb. “Ağ-qaralar”da ilk matçı rəqib meydanında keçirməlidi. Lakin hər üç komandamızın ev oyunu – eyni günə təsadüf etdiyindən matçlardan birinin, hətta ikisinin yeri və vaxtı dəyişdirilə bilər.

Avropa Liqası, I təsnifat mərhələsi
(2 iyul/9 iyul)
“Dinamo” (Tiflis, Gürcüstan) - “Qəbələ” (Azərbaycan)
“Laçi” (Albaniya) – “İnter” (Azərbaycan)
“Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147