VHP gəncləri sədr seçəcəkbackend

VHP gəncləri sədr seçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Məclisin 08 iyun 2015-ci il tarixli qərarı ilə təşkilat sədri Tural Hüseynlinin istefası qəbul edilib və konfrans hazırlıqlarına başlanıb. Artıq konfrans nümayəndələri seçilib və konfransla bağlı bütün texniki işlər yekunlaşıb.

Təşkilatın 21 nəfərlik Məclis üzvlüyünə 33 nəfərin, 3 nəfərlik Nəzarət Təftiş Qrupu üzvlüyünə 7 nəfərin namizədliyi qeydə alınıb. Təşkilat sədrliyinə isə 5 nəfər namizədliyini irəli sürüb.

Namizədlər Səbail rayon təşkilatından Amal Ata, Nefçala rayon təşkilatından İnqilab Quliyev, Suraxanı rayon təşkilatından Eldar Hacıyev, Nəsimi rayon təşkilatından Ülvi Məmmədli və Laçın rayon təşkilatından Turan Mirzədir.

VHP gəncləri sədr seçəcək

VHP gəncləri sədr seçəcək

İnterpress.az