Qadın voleybolçularımız 1/2 finaldabackend

Qadın voleybolçularımız 1/2 finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş tutan 4 oyunun nəticəsinə əsasən, yarımfinalçılar müəyyənləşəcək.

1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start verilib. Oyun Polşa yığmasının qalibiyyəti ilə yekunlaşıb – 3:2. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı məğlub edib – 3:1.

Daha sonra meydana yığma komandamız çıxıb. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya komandasına qalib gəlib – 3:0.

Mərhələnin son qarşılaşmasında Belçika ilə Serbiya üz-üzə gələcək.

Voleybol
23 iyun

Qadınlar
1/4 final
Polşa – Almaniya – 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)
Türkiyə – Rusiya – 3:1 (25:18, 23:25, 25:22, 25:19)
Azərbaycan – Hollandiya – 3:0 (25:21, 25:23, 25:14)
21:00. Belçika – Serbiya.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Türkiyə komandası ilə görüşəcək. Xatırladaq ki, bundan əvvəl Azərbaycan -Türkiyə qarşılaşması türklərin qələbəsi ilə yekunlaşmışdı (0:3).

İnterpress.az