1841 avtomobil barədə inzibati protokol tərtib edilibbackend

1841 avtomobil barədə inzibati protokol tərtib edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, may ayının 29-dan bu gün səhər saat 10-a qədər Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda müvafiq icazəsi olmayan 1841 nəqliyyat vasitəsi barədə inzibati protokol tərtib edilib.

V. Əsədov sürücülərə bir daha bu zolaqlarda hərəkət etməməyi tövsiyə edib.

Qeyd edək ki, may ayının 29-dan iyul ayının 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

İnterpress.az