Türkiyədə Azərbaycan-Ermənistan qarşıdurması – VİDEObackend

Türkiyədə Azərbaycan-Ermənistan qarşıdurması – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır. 1/8 final mərhələsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov Ermənistan güləşçisi Sarqis Hosepyanla mübarizə aparacaq. Güləşçimiz erməni rəqibini məğlub edərsə adını 1/4 finala yazdıracaq.

Artıq çempionatın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimizdən Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medal qazanıb.

Yarışda iştirak edəcək digər təmsilçilərimiz belə sıralanıb:

55 kq
1/8 final – Sezgin Pismicoglu (TUR) – Əfqan Xaşalov

66 kq
1/16 final – Michael Bucher (SUİ) – Teymur Məmmədov

84 kq
1/8 final – Hacımurad Məhəmmədsəidov – Sargis Hosepyan (ARM)

120 kq
1/4 final – Səid Həmidov – Zəlimxan Xizriev (RUS).


İnterpress.az