“Lotu Quli”nin dostu Azərbaycana deportasiya edilibbackend

“Lotu Quli”nin dostu Azərbaycana deportasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Moskvada saxlanılan Yunus Yasamalinski təxəllüslü “oğru” Moskva- Bakı reysi ilə Azərbaycana göndərilib. Yunis Yasamalinskini Bakı aeroportunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qarşılayıb.

Lakin rusiyalı həmkarlarından “estafeti” alan azərbaycanlı həmkarları belə qərara gəlb ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əsas yoxdur. Bəzi məlumatlara görə “oğru”nun Azərbaycandan üçüncü ölkəyə göndərilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, 1984-cü ildə “taclandırılan” Yunis Nəzərov 20 il həbsxana həyatı yaşayıb. Onun Türkiyədə öldürülən “Qoca” və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lotu Quli ilə dostluq münasibətləri olub.

Elnarə
İnterpress.az