Generalın həbs etdirdiyi oğlu istintaqdabackend

Generalın həbs etdirdiyi oğlu istintaqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun Modern.az saytına verdiyi məlumata görə, Tamerlan Əsədullayev hələ istintaq altında saxlanılır: “O, Bakı İstintaq Təcridxanasında saxlanılır. Tamerlan Əsədullayev inzibati cəza almayıb. Ona məhkəmənin qərarı ilə ittiham elan olunub. İstintaq davam etdirilir”.

Tamerlan Əsədullayev Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur. Baş Prokurorluğun məlumatına görə, aprelin 10-da Bakının «Senator» restoranında Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Davada bir nəfər bıçaqlanaraq yaralanıb. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş edib.

İnterpress.az