Azərbaycan Türkiyə vətəndaşını və ukraynalı iş adamını axtarışa veribbackend

Azərbaycan Türkiyə vətəndaşını və ukraynalı iş adamını axtarışa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yol hərəkəti qaydalarını pozan Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşı, 34 yaşlı Yakup Yazıçı yol hərəkəti qaydalarını pozmaqda ittiham olunur. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Azərbaycan Türkiyə vətəndaşını və ukraynalı iş adamını axtarışa verib

Azərbaycan ukraynalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Ukrayna vətəndaşı, 34 yaşlı Andrey Kolesnik qanunsuz sahibkarlıq fəaliyyətində və qaçaqmalçılıqda təqsirləndirilir.

Andrey Kolesnik Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan Türkiyə vətəndaşını və ukraynalı iş adamını axtarışa verib

İnterpress.az