Builki məzunları ən çox “2” almış rayonların adları açıqlandıbackend

Builki məzunları ən çox “2” almış rayonların adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XI siniflər üçün keçirilən buraxılış imtahanlarında ən aşağı nəticə göstərmiş rayonların siyahısı:

Belə məlum olur ki, həm Ana dili, həm də riyaziyyat fənnindən bu il məzunları ən aşağı nəticə göstərən rayon Sabirabaddır. Bu rayonun məktəblərində təhsil alan şagirdlərin 46,80 faizi Ana dilindən, 50,59 faizi isə riyaziyyatdan “2” alıb.

Məzunları pis nəticə göstərən ikinci rayon Daşkəsəndir. Bu rayonda 11-ci sinfi bitirən məzunların 43,82 faizi Ana dili, 49 faizi riyaziyyatdan “2” qiyməti alıb.

Xoşagəlməz siyahıda üçüncü yeri Ağcəbədi rayonu tutur. Belə ki, Ağcəbədidə məzunların 46,22 faizi riyaziyyatdan, 39 faizi Ana dilindən “2” alıblar.

Gədəbəy məzunları ən pis nəticə göstərən dördüncü rayondur. Bu rayonda 11-ci sinfi bitirən məzunların 41 faizi Ana dilindən, 36,73 faizi isə riyaziyyatdan “2” qiyməti alıblar.

Məzunları Ana dili və riyaziyyatdan “2” alan rayonlar sırasında ilk “beşlik” Hacıqabul rayonu ilə qapanır. Hacıqabullu məzunların 36,22 faizi Ana dilindən, 44,13 faizi isə riyaziyyatdan “2” qiyməti alıblar.

İnterpress.az