Bakı 2024 Yay Olimpiya Oyunlarına namizəd ola bilərbackend

Bakı 2024 Yay Olimpiya Oyunlarına namizəd ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

\”Biz artıq iki dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparmışıq. Lakin həm 2016, həm 2020 Olimpiya Oyunlarına ev sahibliyi mübarizəsində uduzduq. Beynəlxalq Olimpiya Komitəsi ( BOK ) namizəd ölkələrin qarşısına ciddi tələblər qoyur. Əgər bu tələblər azalsa, Bakı 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək imkanlarını nəzərdən keçirəcək. Əks təqdirdə dövlətdən böyük investisiyalar tələb edəcəyik.

Məsələn, Bakı Olimpiya stadionu 68 min tamaşaçı tutumuna malikdir. Ancaq BOK minimum 80 min tamaşaçı tutumlu stadion tələb edir. Bu mənada Pekin nümunəsi hər kəsə məlumdur. Orada inşa olunan \”Quş yuvası\” stadionu demək olar ki, istifadə edilmir\”.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürməzdən öncə diqqətini Olimpiya Hərəkətanın \”Bakı-2015\” I Avropa Oyunları barədəki reaksiyalarına yönəldəcək.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyin irəli sürüləcəyi son tarix bu ilin sentyabrın 15-də başa çatacaq. Artıq Roma, Hamburq və Boston şəhərləri namizədliyini irəli sürüb. Budapeştin də Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək üçün müraciət edəcəyi bildirilir. A.Rəhimov Bakının Olimpiya Oyunlarına namizədliyini irəli sürülüb-sürülməyəcəyi ilə bağlı son qərarı Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin verəcəyini bildirib.

İnterpress.az