“Baku-2015” – Çimərlik futbolu – CANLIbackend

“Baku-2015” – Çimərlik futbolu – CANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarışlarda dünya reytinqində ilk beşlikdə yer alan komandalardan dördü qızıl medal uğrunda mübarizə aparacaq.

Dünya reytinqində İtaliya, Ukrayna və Macarıstan kimi daha aşağı pillələrdə yer alan komandalar ilk beş pillədəki Rusiya, İsveçrə, Portuqaliya və İspaniya kimi güclü yığmalarla qarşılaşacaq.

İyunun 28-dək Avropa Oyunlar Parkında təşkil olunacaq yarışda qitənin 8 ölkəsinin – “A” qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, “B” qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan milliləri mübarizə aparır.

Yarışın ilk günündə – iyunun 24-də “A” qrupunda Azərbaycan-Ukrayna, Portuqaliya-İsveçrə, “B” qrupunda isə İspaniya-İtaliya, Macarıstan-Rusiya qarşılaşmaları keçiriləcək.
Mütəxəssislər Rusiyanı həm “Bakı-2015” birinci Avropa Oyunlarının, həm də iyulda Portuqaliyada keçiriləcək “FİFA-2015” çimərlik futbolu kuboku yarışlarının ən böyük favoriti hesab edirlər.

Xatırladaq ki, Azərbaycan milli komandası hazırda Avropada 12-ci, dünyada isə 18-ci sırada qərarlaşıb.

Avropa Çimərlik Futbolu Liqası (Euro Beach Soccer League (EBSL) 1998-ci ildə yaradılıb və FİFA-nın bayrağı altında çimərlik futbolu üzrə dünya çempionatı 2005-ci ildən keçirilir.

Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) isə 2008-ci ildən fəaliyyətə başlayıb.