Ata 15 yaşlı qızını əxlaqsızlığa sürükləyir: “Pul qazan”backend

Ata 15 yaşlı qızını əxlaqsızlığa sürükləyir: “Pul qazan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumat İnterpress.az-a “Təmiz dünya” İctimai Birliyindən verilib.

Təşkilatın sığınacağına yerləşdirilən 15 yaşlı qızın anasının vəfat etdiyi, bacısının 14 yaşına ərə verildiyi bildirilir. Ata isə övladlarından ancaq oğlunun evdə qalmasını istəyir ki, buna da səbəb onun pul qazanmasıdır: “Qız ərizəsində bildirib ki, atası dəfələrlə onu evdən qovub, əzlaqsızlıq edərək pul qazanmasını tapşırıb. Sonunda o, qaçaraq Bakıya gəlib. Səbael rayon Polis İdarəsinin 9-cu bölməsinin əməkdaşları onu sığınacağa təhvil veriblər. Qızın sözlərinə görə, atası hətta onu ruhu əsəb dispanserinə saldırmağa çalışıb, ancaq bunun üçün 3 rayondakı dispanserlərə müraciət edilsə də həkimlər qızın tamamilə sağlam olduğunu bildirərək bundan imtina ediblər. Hazırda qız sığınacaqdadır”.

Elnarə
İnterpress.az