Kollecə qəbul olunmaq istəyənlərin nəzərinəbackend

Kollecə qəbul olunmaq istəyənlərin nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il kolleclərə buraxılış imtahanlarının nəticələri əsasında qəbul həyata keçiriləcək. TQDK-dan verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı \”Abituriyent\” jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı \”Abituriyent\” jurnalında təqdim olunacaq.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla qiymətləndirilir.

İnterpress.az