İtkin düşmüş Azərbaycan hərbçilərinin meyiti tapılıb – YENİLƏNİBbackend

İtkin düşmüş Azərbaycan hərbçilərinin meyiti tapılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qızıl Xaç Komitəsi itkin düşən Azərbaycan hərbçilərinin tapılması faktı ilə bağlı məlumat yayıb.

Azərbaycan dövlət qurumlarının xahişi ilə BQXK Azərbaycan və Ermənistanın razılaşdığı humanitar əməliyyatın keçirilməsi üçün neytral vasitəçi olub. Əməliyyat ölkələr arasındakı beynəlxalq sərhəddə həyata keçirilib. Əməliyyatın nəticəsi olaraq iyunun 23-də itkin düşmüş iki azərbaycanlı hərbçinin taleyinə aydınlıq gətirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkarlanıb.

***

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.

Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İnterpress.az