Abbas Abbasovun qardaşı həbs edildibackend

Abbas Abbasovun qardaşı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Bu barədə dia.az saytı Gəncədəki Abbasovlara yaxın mənbənin “Təzadlar”a verdiyi məlumata istinadən xəbər yayıb.

Xatırladaq ki, Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. İddiaya görə, bir neçə gün əvvəl onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub və hələ də bu idarədə saxlanılır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından hər hansı məlumat ala bilmədik. Gəncədəki mənbə isə “Yeni Müsavat”a xəbəri təsdiqlədi. “Abbasovlar qonşularla təmaslardan qaçırlar, hər hansı açıqlama vermirlər. Lakin eşitdiyimizə görə, Nadir Abbasovun banka 10 milyon dollar borcu olduğundan həbs edilib və hələ də nəzarətdədir” deyə, adının çəkilməsini istəməyən mənbə bildirdi.

Əlavə edək ki, mətbuatda bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun həyat yoldaşının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunduğu barədə də xəbər verilib. Məlumata görə, onun qızı da işdən çıxarılıb.

Məsələ ilə bağlı A.Abbasovun deputat oğlu Aydın Abbasov “Yeni Müsavat”a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, Strasburqdan yenicə qayıdıb, odur ki, yazılanlardan xəbərsizdir.
A.Abbasov məsələləri araşdırandan sonra ətraflı açıqlama verəcəyini desə də, sonrakı cəhdlərimizdə telefon zənglərə cavab verməyib.

O, AzNews.az-a isə başqa bəhanə gətirərək, hansısa məlumat verməkdən boyun qaçırıb: \”İndi xəstəxanadayam, heç cür danışa bilmirəm. Birazdan danışarıq\”.

İnterpress.az