42 dərəcə isti olacaqbackend

42 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 29-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

İnterpress.az