Magistraturaya qəbul olanların qeydiyyatı başlayıbbackend

Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakalavrların qeydiyyatı iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq.

Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.

İnterpress.az