Rövşən Lənkəranskinin düşmənlərinin “sxodka”sına polis basqınıbackend

Rövşən Lənkəranskinin düşmənlərinin “sxodka”sına polis basqını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, “sxodka” paytaxt mehmanxanalarından birində keçirilib. Saxlananlar arasında “qanuni oğru” Nuqzar Torçinavla yanaşı kriminal aləmdə “Piquç” ləqəbi ilə tanınan Yuri Piquçin də olub.

“Sxodka” keçirilən otaqda ikonalarla yanaşı Rusiya kriminal aləminin “xaç atası” hesab edilmiş Ded Xasanın və onun yaxın adamlarından biri olmuş Yaponçikin də portretləri asılıb. Hər iki şəxsin qətlində azərbaycanlı “oğru” Rövşən Lənkəranskinin adı hallandırılır.

Saxlanılan “oğru”ların üstünə baxış zamanı Torçikdən 3 qram heroin tapıldığına görə ona qarşı cinayət işi qaldırılıb. Piquç və digər “sxodka” iştirakçıları isə profilaktik söhbətdən sonra azad edilib.

Elnarə
İnterpress.az