Müəllimlərin işə qəbulu başladıbackend

Müəllimlərin işə qəbulu başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müddətsiz müqavilə əsasında ixtisaslı müəllim kadrların işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı bu gündən başlayır. Qeydiyyat iyulun 15-ə kimi davam edəcək. Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az internet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.

İnterpress.az