Erməni idmançıdan açıqlama – VİDEObackend

Erməni idmançıdan açıqlama – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo” isə bu məqamda erməni əsilli idmançı Qevorq Manukyanla əlaqə saxlayaraq onun fikirlərini öyrənib. Boksçu prezident İlham Əliyevin göstərdiyi peşəkar davranışa sevindiyini bildirib:

“Bu mənim çox xoşuma gəldi. İlham Əliyevin mənə belə münasibət göstərməsi həqiqətən çox yaxşı idi. Azərbaycan prezidenti medal qazandığıma görə də məni təbrik etdi. Həqiqətən bu sevindirici idi”.

Manukyan azərbaycanlı boksçu Abdulkadir Abdullayevlə final görüşünə zədəli olduğu üçün çıxmadığını qeyd edib: “Zədəmə görə final görüşündə çıxış edə bilmədim”.

Ukraynalı boksçu daha sonra Avropa Oyunları haqqında da fikirlərini bölüşüb:

“Avropa Oyunlarını çox bəyəndim. Hər şey gözəl idi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Azərbaycanlılar digər ölkələrdən gələn idmançılara necə münasibət göstərirdilərsə, mənə də elə münasibət göstərirdilər. Bu da məni sevindirdi. Bakını gəzə bilmədim. Çünki vaxtımız az idi və daha çox məşq edirdik. Amma Bakını gördüyüm qədəri ilə çox gözəl şəhər sayıram”.

İnterpress.azhttps://youtube.com/watch?v=JAVnCpk10mc