Mənzillərinə köçə bilməyən sakinlər piket keçirəcəkbackend

Mənzillərinə köçə bilməyən sakinlər piket keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar dəfələrlə problemin mediada işıqlanmasına baxmayaraq hələ də 2006-cı il ildə nəğd ödənişlə aldıqları mənzillərin təhvil verilmədiyini deyib: “Binanın sədri Cahangir Alışov dəfələrlə vəd versə də, biz 9 ildir ki, mənzillərimizə köçə bilmirik. Prokurorluq deyir ki, siz bizə nahaq şikayət etmisiz, biz Cahangir Alışovla bacara bilmirik. Bu binaya 200-dən çox ailənin 8 milyon pulu gedib, bəs biz kimə şikayət edək?”.

Sakinləri digər narahat edən hal isə mənzillərin eyni anda bir neçə nəfərə satılmasıdır. Şikayətçilərin sözlərinə görə, artıq sözügedən binanın 15 mənzili təkrar başqa şəxslərə satılıb: “51, 62 və 144-cü mənzillərin iki sahibi aşkarlanıb və şirkət rəhbərliyi bizdən xahiş etdi ki, səs-küy salmayaq. Deyir ki, “prokurorluq məni tutar, bina yarımçıq qalar”. Ola bilsin ki, bu səbəbdən binanın tikintisinin 95 faizi tamamlansa da, Cahangir Alışov binanı təhvil vermir, vaxt qazanaraq əməllərini ört-basdır etmək istəyir. Binadakı bəzi mənzillər vətəndaşlar tərəfindən təmir olunub, qapılar qoyulub. Bəzilərinə isə mənzil sahibləri tərəfindən qapı qoymağa icazə verilmir. Bu, bizdə daha çox narahatlıq yaradır”.

Cahangir Alışovun vəkili Habil Fətəliyev mart ayında binanın qısa zaman ərzində təhvil veriləcəyini, xırda işlərin qaldığını desə də, mənzillər hələ də öz sahiblərinə təhvil verilməyib.

Bina sakinləri bildirir ki, əgər Alışanov bu dəfə də onları aldatsa, iyulun 12-də piket keçirəcəklər.

İnterpress.az