Rusiyada azərbaycanlılar arasında atışma olub – YENİLƏNİBbackend

Rusiyada azərbaycanlılar arasında atışma olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Saxalin vilayətində azərbaycanlılar arasında baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib. 30 yaşlı Məmmədov Sərxan Şamil oğlu ilə 27 yaşlı Zeynalabdiyev Təyyar Akif oğlu arasında məişət zəminində yaranan mübahisə ikincinin yaralanması ilə nəticələnib. Belə ki, S. Məmmədov üstündə gəzdirdiyi tapança ilə tanışı T. Zeynalabdiyevə üç dəfə atəş açıb. Güllələrin biri maşına, biri isə T. Zeynalabdiyevin ayaq nahiyəsinə dəyib. Yaralı şəhər xəstəxanasına yerləşdirilib. S. Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, istintaqa ilkin ifadəsində T. Zeynalabdiyevə öldürmək üçün deyil, qorxutmaq məqsədilə atəş açdığını söyləyib.

Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmovun APA-ya verdiyi məlumata görə, yaralı Təyyar Zeynalabdiyevin vəziyyəti normaldır, həyatı üçün heç bir təhlükə yoxdur. Diaspor rəhbəri Rusiya vətəndaşı olan hər iki şəxsin əslən Azərbaycanın Tovuz rayonunun Düzqırıqlı kəndindən olduqlarını bildirib.

***

Hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib.

30 yaşlı adı açıqlanmayan azərbaycanlı avtomobildə olan 27 yaşlı həmyerlisinə odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Ayağından güllə yarası alan həmyerlimiz şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Cənubi-Saxalin şəhəri üzrə şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. ( apa )

İnterpress.az