Borcu olan 37 nəfər həbs olunacaqbackend

Borcu olan 37 nəfər həbs olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu cinayət işlərindən 203-ü vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (bunlardan 134-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrin-rlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş materiallar üzrə başlanıb.

Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 26 milyon 366,9 min manat (2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çox) vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
İstintaqı tamamlanmış cinayət işlərindən 71 iş 83 nəfər şəxs barəsində ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Departamentin İstintaq idarəsində 385 cinayət işi üzrə (2014-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox) ibtidai istintaq tamamlanmış, 37 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 314 cinayət işindən 273 iş üzrə bır sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (44 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 24 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 164 şəxsin məcburi qaydada gətirilməsi, 192 şəxsin tapılaraq istintaqa gəlmələri, 218 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 149 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub. ( aznews.az )

İnterpress.az