“Ali Məhkəmə Tofiq Yaqublu ilə bağlı şikayətə baxmır” – Vəkilbackend

“Ali Məhkəmə Tofiq Yaqublu ilə bağlı şikayətə baxmır” – Vəkil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Modern.az saytına Tofiq Yaqublunun vəkili Nemət Kərimli deyib.

Onun sözlərinə görə, yanvarın 13-də Tofiq Yaqublunun Ali Məhkəmədə kassasiya şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası keçirilib: “Hakimlərin işlə tanış olmadıqlarını əsas gətirərək məhkəmə qeyri-müəyyən vaxta təxirə salındı. O vaxtdan heç bir məhkəmə prosesi başlamır. Dəfələrlə vəsatətlə müraciət etmişəm ki, işlə tanışlıq müddəti heç bir halda bu qədər yubana bilməz.

Burada Tofiq Yaqublunun konstitusion hüquqları pozulur. Konstitusiya qanunvericiliyinə görə, bu müddətdə məhkəmə prosesi olmalı və yekunlaşmalı. Bu müddət artıq çoxdan bitib. Ancaq Ali Məhkəmə buna cavab da verməyib.

Aidiyyəti üzrə bütün hüquqi proseslər yekunlaşdıqdan sonra biz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi düşünürük. Görünür, Ali Məhkəmə prosesi qəsdlə yubadır ki, biz Avropa Məhkəməsinə müraciət etməyək”.

2013-cü ilin fevral ayında tutulan Tofiq Yaqublu həmin il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə 5 il azadlıqdan məhrum edilib. Tofiq Yaqublu Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

İnterpress.az