Hüquq müdafiəçiləri erməni əsgərlə görüşüblərbackend

Hüquq müdafiəçiləri erməni əsgərlə görüşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya məlumat verən E. Behbudov deyib ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş A. Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Andranik könüllü olaraq Azərbaycan tərəfinə keçib. Bizimlə söhbət zamanı bildirdi ki, Azərbaycanda ona münasibət çox yaxşıdır. Xidmət etdiyi hərbi hissədən fərqli olaraq, Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, otağında televizor var. Avropa Oyunlarını izləyib. Karandaşla şəkillər çəkir. Andranik bildirdi ki, xidmət etdiyi hərbi hissədə çox pis şəraitdə saxlanılıb. Hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan onu və digər hərbiçiləri mütəmadi olaraq döyüb incidirmiş. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ona tez-tez baş çəkirlər, ailəsindən ona, ondan ailəsinə məktub aparırlar. Nuşira adlı sevgilisi üçün darıxdığını da söylədi” .

E. Behbudov qeyd edib ki, görüşdə məqsəd A. Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub: “Bütün dünya görsün ki, Azərbaycan dövləti necə humanist addım atır. Erməni hərbiçisi burada yaxşı şəraitdə saxlanılır. Amma ermənilər orada olan Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı amansız davranırlar. Mən bununla bağlı beynəlxalq təşkilatlara da müraciət edəcəyəm”.

Qeyd edək ki, martın 22-də günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

İnterpress.az