David De Xea “Real Madrid”dəbackend

David De Xea “Real Madrid”də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “kral klubu”nun prezidenti Florentino Peres deyib.

İspaniya mətbuatına müsahibə verən Peres qapı xətti ilə bağlı problemi həll etdiklərini bildirib. O qeyd edib ki, De Xea ilə artıq anlaşıblar və gənc qolkiper tezliklə Madrid klubu ilə müqavilə imzalayacaq.

Müdafiəçi Serxio Ramosun komandada qalmaq şansının daha çox olduğunu deyən prezident “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidalla maraqlanmadıqlarını da əlavə edib.

Qeyd edək ki, “Real”ın əsas qapıçısı İker Kasilyasın yaxın günlərdə “Porto”ya keçməsi gözlənilir.

İnterpress.az