“Qəbələ” növbəti mərhələdəbackend

“Qəbələ” növbəti mərhələdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”su ilə görüşüb.

Gürcüstanda məğlub olan Roman Qriqorçukun yetirmələri doğma stadionda 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıblar. Komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Görüşün başa çatmasına 1 dəqiqə qalmış Sergey Zeynov hesabı açıb, əlavə edilmiş 3 dəqiqədə isə Aleksey Antonov fərqi 2 topa çatdırıb.

Bununla da “Qəbələ” tarixində ilkə imza atıb. İndiyədək avrokuboklarda 3 oyun keçirən klub qazandığı ilk qələbə sayəsində II təsnifat mərhələsinə də adlayıb.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

\”Qəbələ\” (Azərbaycan) – \”Dinamo\” (Tiflis, Gürcüstan) – 2:0

Qol: Sergey Zenyov, 89, Aleksey Antonov, 90+3

Qırmızı vərəqə: Totadze, 71 (\”Dinamo\”)

İnterpress.az