Bakı-Qazax yolunda ağır qəza: ölənlər və yaralananlar var – YENİLƏNİBbackend

Bakı-Qazax yolunda ağır qəza: ölənlər və yaralananlar var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhərə yaxın Tovuz rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları da məlum olub.

qəza zamanı 4 nəfər ölüb. Ölənlər arasında 3 yaşlı körpə də var.

Ölən ailənin üzvləri aşağıdakılardır:

1. 1981-ci il təvəllüdlü Məmmədov Nadir Məhəmməd oğlu.
2. 1988-ci il təvəllüdlü Tanrıverdiyeva Nərmin Zahid qızı (həyat yoldaşı)
3. 2005-ci təvəllüdlü Məmmədov Aslan Nadir oğlu.
4. 2012-ci il təvəllüdlü Məmmədova Əsma Nadir qızı.

Qəza nəticəsində avtobusun 7 sərnişini də yaralanıb. Onlardan altısına Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Yaralılar aşğıdakılardır:

1.Eminov Nurəddin Allahyar oğlu- 1951-ci il
2.Mütəllimova Esmira Nəriman qızı- 1966-cı il
3.Mehdizadə Əli Azər oğlu- 1994-cü il
4.İbrahimov Cavad Əsəd oğlu- 1936- cı i
5.Məmmədrzayeva Gülbadə Əmirxan qızı- 1951- ci il
6.Mehrəliyeva Asya Ələsgər qızı- 1936- cı il

Vəziyyəti ağır olan şəxs Quliyev Elmir Əziz oğlu reanimasiyadadır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət açılıb, araşdırma aparılır.

***

Hadisə bu səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

Qazaxdan Bakıya sərnişin daşıyan \”Daewoo\” markalı avtobusla \”Mercedes\” markalı minik avtomobilinin toqquşması nəticəsində \”Mercedes\”də olan iki nəfər hadisə yerində ölüb.

Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılar xəstəxanaya aparılarkən avtobusun sərnişinlərindən olan bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. ( apa )

İnterpress.az