Bakıda aksiya keçirildi – VİDEObackend

Bakıda aksiya keçirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Yasamal” MTK-dan aldıqları Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanındakı 16 mərtəbəli yaşayış binasına köçə bilməyən sakinlər binanın qarşısına toplaşaraq aldıqları evlərin MTK tərəfindən təhvil verilməsini tələb ediblər. Mənzillərin eyni anda bir neçə şəxsə satılmasından da narazı olan sakinlərə MTK sədri Cahangir Alışov noyabr ayında binanın təhvil verilməsinə söz verib. Onun sözlərinə görə, mənzillərin 15-nin mübahisəlidir və bununla bağlı hazırda məhkəmə prosesi davam edir.

Xatırladaq ki, mənzil sahibləri məsələ ilə bağlı ötən həftə redaksiyamıza müraciət etdərək son çarə kimi 12 iyul tarixində piket keçirəcəklərini bildirmişdi. Onlar qeyd etmişdi ki, 2006-cı ildə nəğd pulla mənzil alan sakinlərin sayı 200-dən çoxdur və ümumilikdə mənzillər üçün 8 milyon manat verilib. ( qafqazinfo.az )

İnterpress.azhttps://youtube.com/watch?v=0equbJJdKHo