Goranboyda yol qəzası baş verib, ölən və yaralanan varbackend

Goranboyda yol qəzası baş verib, ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Aslan İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan “MAN” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü və sərnişin – 1962-ci il təvəllüdlü Yeganə İsmayılova bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Sürücü A. İbrahimov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az