300 min insanın ölümünə görə cəmi 4 il həbsbackend

300 min insanın ölümünə görə cəmi 4 il həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 94 yaşlı keçmiş hərbçinin məhkəməsi Almaniyanın Luneburq şəhərində keçirilib. Yaşı nəzərə alınaraq ona cəmi 4 il həbs cəzası verilib.

Tibbi müayinədən sonra keçmiş həbrçinin cəzasını harada çəkəcəyi məlum olacaq.

O, 1944-cü ildə Polşa ərazisindəki düşərgəyə gətirilən yəhudilərin qiymətli əşyalarını və pullarını toplayıb, eləcə də 300 min adamın öldürülməsinə kömək edib. Yəhudilərin bir çoxu qaz verilən otaqlarda öldürülüb.

Düşərgədəki fəaliyyəti üçün təəssüfləndiyini bildirən keçmiş hərbçi “Orda gördüklərim ömrüm boyu məni rahat buraxmadı. Əxlaqi cəhətdən günahkar olduğumu bilirəm. Bundan çox peşimanam” deyib.

İnterpress.az