2 azərbaycanlı iş adamının şübhəli əməkdaşlığına dair hesabatbackend

2 azərbaycanlı iş adamının şübhəli əməkdaşlığına dair hesabat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gömrük Nazirliyi Rza Zərrabın sahibi olduğu şirkətlərdən Babək Zəncaninin sahibi olduğu şirkətlərin hesabına həm pul, həm də qızıl köçürüldüyünə dair sənədlər əldə edib. Sənədlərin də yer aldığı hesabata əsasən bu iki şəxs arasında əlaqə sübut edilir.

İranda 2,8 milyard dollar fırıldaqçılıqda ittiham edilərək həbs olunan Babək Zəncani ilə Rza Zərrabın işbirliyini əksinin tapdığı hesabat isə düz 11 aydır ki, arxivdə saxlanılır. Hesabatın nə zaman və hansı şəraitdə açıqlanacağı bildirilmir.

İnterpress.az