Yunanıstanda acı “resept” qəbul edildibackend

Yunanıstanda acı “resept” qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, parlamentdə saat 23.15-də müzakirələrinə başlanan qanun layihəsi gecə yarısından sonra keçirilən səsvermədə hökumət və müxalifət partiyalarından 229 millət vəkilinin \’\’ bəli \’\’ deməsiylə qəbul olunub.

300 nəfərlik parlamentdə 299 millət vəkilinin iştirak etdiyi səsvermədə hökumətyönlü bəzi millət vəkilləriylə müxalifət partiyalarından 64 millət vəkili layihənin əleyhinə çıxıb. 6 millət vəkili isə bitərəf qaldı.

Yunanıstan baş naziri Aleksis Çipras səsvermədən əvvəl parlamentdəki çıxışında paketdə yer alan tədbirləri təsdiq etməməsinə baxmayaraq, başqa alternativ olmadığını bildirib. Çipras \”Tədbirlərə inanmıram. Lakin qəbul etmək məcburiyyətində qaldıq\” deyib.

Yunanıstan Maliyyə Nazir Efklidis Çakalotos da solun köhnə düşüncələrini qırması lazım olduğunu ifadə edərək \”Əks halda Yunanıstanın gələcəyi olmayacaq\” deyə vurğulayıb.

Çakalotos \”Bir şey deyə bilərəm. Əgər solcular köhnə düşüncələrini qırmasa bu ölkənin gələcəyi olmayacaq. Biz ölkənin içində olduğu vəziyyəti şişirtmirik. İndi kreditorla əldə edilən anlaşmanı mühakimə etmək üçün çox tezdir, çünki bu, Avropada siyasi səviyyədə nə olacağına bağlıdır. Üzümüzə gələn bir neçə il Avropa test ediləcək\” deyib.

İnterpress.az