Obamadan Putinə xüsusi təşəkkürbackend

Obamadan Putinə xüsusi təşəkkür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama Rusiya dövlət başçısı Vladimir Putin ilə İranla nüvə müzakirələrində əldə olunan razılaşmayla bağlı telefon danışığı aparıb. Ağ Evin açıqlamasına görə, Obama təxminən 20 aylıq gərgin müzakirədən sonra \”dönüş nöqtəsi\” əhəmiyyətini daşıyan razılaşmanın təmin edilməsində Kremlin oynadığı rola görə Putinə təşəkkür edib.

İki lider təmin edilən razılaşmanın nüvə bombası əldə edilə biləcək bütün yolları kəsdiyini, İranın nüvə silahı əldə edə bilməyəcəyini vurğulayıb. İki dövlət başçısı son razılaşmanın həyata keçirilməsində də yaxından əməkdaşlıq edəcəkləri barədə razılıq əldə ediblər.

Bundan başqa Obama və Putin xüsusilə Suriya olmaqla regional gərginliklərin azaldılmasında birlikdə fəaliyyət göstərmək istəklərini bəyan ediblər.

Obamadan Putinə xüsusi təşəkkür

İnterpress.az