Bakı-Quba yolunda yol qəzası: ölən və xəsarət alan varbackend

Bakı-Quba yolunda yol qəzası: ölən və xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olan 42 yaşlı Etibar Şahməmmədovun idarə etdiyi 41 BD 729 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobil idarə etməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində sürücü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin 14 yaşlı Haldun Şahməmmədov Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona sağ göz qapağının sıyrıntısı diaqnozu qoyulub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir. ( apa )

İnterpress.az