4 ayaqlı ördək balasıbackend

4 ayaqlı ördək balası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər sakini Zəminə Feyzullazadənin basdırdığı ördəyin çıxardığı balalardan birinin 4 ayağı var. Maraqlıdır ki, iki ayağı üstə yeriyən 25 günlük bala digər balalar kimi normal qidalanır, qaçış sürətinə görə o birilərindən heç də geri qalmır.

Təsərrüfat sahibi həyatında ilk dəfə belə hadisə ilə rastlaşdığını bildirib.

Mütəxəssislərin fikrincə, bu cür anomal halın baş verməsinə səbəb quşda genetik formanın pozulması, mayalanmanın qeyri-normal şəraitdə olması ilə əlaqəli ola bilər. Həmçinin burada iqlim dəyişkənliyinin də müəyyən təsiri mümkündür.

4 ayaqlı ördək balası

4 ayaqlı ördək balası

İnterpress.az