Obama Türkiyəyə gəlirbackend

Obama Türkiyəyə gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Belek Turizm İnvestorları İttifaqının İdarə Heyətinin sədri Cəmil Uğurlu “Hürriyet” qəzetinə açıqlama verib.

15-16 noyabr tarixlərində Antalyanın Belek bölgəsində keçiriləcək sammit üçün əsas bina olaraq “Regnum Carya Golf Spa Resort Hotel” seçilib.

Sammitdə Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya və Avropa İttifaqı Komissiyası liderlərinin iştirakı gözlənilir.

Uğurlunun sözlərinə görə, ABŞ Prezidenti Barak Obama üçün gülləkeçirməz şüşələrlərdən istifadə edilən iki şəxsi villa hazırlanıb.
Ancaq son məlumata görə G-20 sammitində iştirak edəcək Obama oteldə qalmağı planlaşdırmır. Onun xüsusi bir gəmidə 2 gün qonaq qalacağı deyilir.

G-20-yə yalnız Obamanın deyil, Vladimir Putin, Angela Merkel kimi liderlərin qatılmasının gözləndiyini bildirən Uğurlu bildirib ki, 10-20 noyabr tarixlərində Belek qismən bağlanılacaq: ”Üçkum Tepesi, Taşlıburun və İskeledə yerləşən otellərə müştəri qəbul olunmayacaq. Təhlükəsizliklə bağlı atılması lazım olan bütün addımları Xarici İşlər Nazirliyi təşkil edir. Biz tapşırıqları nazirliyin rəsmisi Ayşe Sinirlioğludan alırıq. Bundan başqa otellərdə çalışan personala qarşı də təhlükəsizlik tədbirləri görülməsi tələb olunub. Sammit ərzində girişlər yeganə qapıdan keçiriləcək. Təhlükəsizliyi qorumaq üçün nə lazımdırsa edirik. Tək bir villanın dəyəri 25 milyon lirədir. İstanbuldan layihə gələn kimi villaların tikintisinə başladıq. Villanın ana gövdəsində demək olar ki, heç kərpic istifadə edilmədi. Bunun üçün xüsusi keyfiyyətli mərmərdən istifadə etdik. Tikintinin skeleti isə tamamilə polad lövhələr üzərində qurulub. Villada son texnologiya olan gülləkeçirməz şüşələrdən istifadə etdik\”.

Antalyanın ev sahibliyi edəcəyi toplantıya dair aparılan işlər haqqında məlumat verən Antalya valisi Muammer Türker Xarici İşlər Nazirliyinin koordinatorluğu ilə geniş hazırlıq işi aparıldığını deyib.

Sammit ərəfəsində regiondan təyyarələrin keçidinə belə icazə verilməyəcəyini bildirən Türker \”Telefon xətlərində, internetdə, elektriklə bağlı heç bir problem olmayacaq. Orada qeyri-adi bir transformator qurulur” sözlərini əlavə edib. ( aznews.az )

İnterpress.az