Kraliçanın nasist salamı – Qalmaqalbackend

Kraliçanın nasist salamı – Qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, 17 sarayın ciddi qorunan arxivindən naməlum şəraitdə çıxarılan 17 saniyəlik görüntünün mətbuatda yayılması qalmaqal yaradıb. Saray görüntünün arxivdən necə çıxarıldığını və mətbuata kim tərəfindən ötürüldüyünü araşdırır. İnterpress.az xəbər verir ki, əgər görüntünün kral ailəsinin arxivindən oğurlandığı sübut edilərsə, məhkəmə qaçılmaz olacaq. Çünki kral ailəsinin arxivinə giriş icazəsi olan şəxslərlə gizliliyin qorunmasına dair müqavilə imzalanıb. Görüntünün kraliçanın atası tərəfindən çəkildiyi güman edilir. Bu, ailədə çəkilən görüntünün sarayda saxlanan kiçik bir hissəsidir. Görüntünün əsli seyfdə saxlanılır, ancaq illər əvvəl ondan bir neçə nüsxə çıxarılıb və nüsxələrin biri mətbuata verilib. 1933-cü ilə aid olduğu bildirilən videoda gələcək kraliça nasist salamı verir. Bu zaman onun yanında anası, atası, əmisi və bacısı olub. Görüntü yayıldıqdan sonra Bukenham sarayı açıqlama yayaraq bu davranışı kraliçanın nasizm tərəfdarı olması kimi təqdim edilməsinə qarşı çıxıb. Bunu isə kraliçanın o zaman cəmi 6 yaşının olması ilə əlaqələndirib.

İnterpress.az