Makedoniyalı İsgəndərin atasının müəmmalı məzarıbackend

Makedoniyalı İsgəndərin atasının müəmmalı məzarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, avropalı arxeoloqlar Makedoniya çarı 2-ci Flilipin dəfn yerinin indiyə qədər yanlış göstərildiyini iddia edib. Belə ki, bir qrup arxeoloq çarın birinci Böyük Kurqanda dəfn edildiyinə dair dəlillərin olduğunu bildirib. Araşdırmanın nəticəsi “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

Qeyd edək ki, 1977-ci ildə yunan arxeoloqlar 3 məzarı açıb. Birinci məzarın divarlarındakı freskalar diqqəti çəkib. İkinci məzarda çox sayda qızıl əşyalar və silah tapılıb və “çah məzarı” adlandırılıb. Məzarda 2-i Filipin cəsədinin qalıqları axtarılıb. Üçüncü məzarda isə gənc kişinin sümükləri tapılıb.

Arxeoloqların fikrincə, o zaman həmkarları birinci məzara diqqət yetirmədən 2-ci Filiin məhz ikinci məzarda dəfn edildiyini təxmin ediblər. Ancaq heç kəs bir məqama diqqət yetirməyib: eramızdan əvvəl 339-cu ildə, ölümündən 3 il əvvəl “2-ci Filip yaralanıb. Birinci məzarda tapılan cəsəd qalıqları şəxsin ölmündən əvəəl yara aldığını sübut edib. Ancaq arxeoloqlar bu fakta diqqət yetirməyiblər. Məzarda tapılan qalıqlar orda dəfn olunan şəxsin təqribən 180 sm boyunda və 45 yaşında oluğunu göstərib. Məzarda həmçinin gənc qadın dəfn edilib. Onun 18 yaşı olduğu güman edilir. Məzardan 42 həftəlik körpənin qalıqları da tapılıb. Arxeoloqlar belə güman edir ki, bunlar Filipin gənc arvadı Kleopatranın və onun körpəsinin qalıqlarıdır. Məlumatlara görə, Filip gənc Kleopatra ilə evləndikdən sonra Makedoniyalı İsgəndərin anası, çarın ilk arvadı Olimpiada Kleopatranın uşağını öldütdürüb. Daha sonra isə Kleopatranı intihara vadar edib. Cəsədlər isə Filipin məzarında dəfn edilib.

Əvvəllər 2-ci Filipin hesab olunan məzarda dəfn edilən şəxsin isə 3-cü Filip və onun 25 yaşında vəfat edən arvadı Evrikida olduğu təxmin olunur.

İnterpress.az