İstanbulda polis bölməsinə hücum – VİDEO – YENİLƏNİBbackend

İstanbulda polis bölməsinə hücum – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Gəzi Polis Mərkəzinin önünə gələn şəxsiyyəti naməlum insanlar binaya avtomat silahla atəş açaraq qaçıblar.

Hücumda ölən, ya da yaralanan olmayıb.

***

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sultanqazidə yerləşən polis bölməsinə naməlum şəxslər hücum edib. Hadisə yerli vaxtla səhər saat 09.30-da baş verib.

İlkin məlumatlara görə, polis mərkəzinin divarlarına 10 mərmi dəyib. Olaydan sonra polis bölgədəki təhlükəsizlik tədbirlərini gücləndirib.

Əraziyə helikopterdən nəzarət edilir.

İnterpress.az