Azərbaycanlı Çarli Çaplin növbəti mərhələdəbackend

Azərbaycanlı Çarli Çaplin növbəti mərhələdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 21-də NBC telekanalında yayımlanan seçmə mərhələdə azərbaycanlı Çarli Çaplin nərdivanının hündürlüyünü daha da uzadaraq onun üzərində uğurla dayana bilib.

Məlumata görə, Üzeyir Novruzov münsiflər heyətinin ən sevdiyi ifaçılardan birinə çevrilib. Belə ki, onun çıxışını qiymətləndirən məşhur aktyor və televiziya aparıcısı Howie Mandel rəğbətini gizlətməyib: \”Sən tam bizim America`s Got Talent şousunda üzə çıxartmaq istədiyimiz adamsan\”.

Üzeyir Novruzovu ayaq üstə alqışlayan auditoriya da onun performansını bəyəndəyinə işarə edib.

Xatirladaq ki, 4 həftə ardıcıl keçirilən JudgeCut (Münsif seçimi və ya seçmə mərhələ) mərhələsində 20 ifaçıdan yalnız 7-si canlı şoulara vəsiqə qazanır.

Üzeyir Novruzovun Amerikanın Səsinə verdiyi məlumata görə isə, dünyanın məşhur səhnələrindən Radio City Music Hall-da keçiriləcək canlı şoular avqust ayının ortalarında baş tutacaq və əvvəlki mərhələlərdən fərqli olaraq burada növbəti mərhələyə keçəcək ifaçıları münsiflər heyəti deyil, televiziya tamaşamıları göndərdikləri sms-lərlə seçəcəklər.

Amerikanın Səsinin Amerikana proqramı Üzeyir Novruzovun Nyu-York şəhərində keçiriləcək növbəti çıxışından özəl məqamları sizə çatdıraraq sizə azərbaycanlı Çarli Çaplinlə daha yaxından tanış olmaq imkanı yaradacaq.

İnterpress.az