Bil Qeyts 3,2 milyard ziyana düşdübackend

Bil Qeyts 3,2 milyard ziyana düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”The New York Times\” bildirir ki, bu itki şirkətin son rüb üçün hesabatında yer alıb. Hesabatda qeyd olunub ki, maliyyə nəticəsinin əsas səbəbi Nokia-dan mobil bölmənin alınması ilə şirkətin yenidən restrukturizasiyası üçün 7,5 milyard dollar silinməsi olub. Elə həmin zaman çərçivəsində şirkət 4,61 milyard dollar gəlir əldə edib. Nəticədə kvartal 3,2 milyarda yaxın ziyanla bitib.

Maliyyə nəticələri barədə hesabat yayıldıqdan sonra şirkətin aksiyaları 3,5 faiz enərək hər qiymətli kağıza 45,65 dollar təşkil edib.

Bu arada şirkətin Office 365 və Azure xidmətləri timsalında \”bulud\” biznesinin inkişafına yönəlmiş bölmələri 96 faiz gəlir artımı nümayiş etdirib. Bundan əlavə, artım şirkətin Surface planşetləri və Xbox oyun konsolları bölmələrində də nəzərə çarpıb.

Xatırladaq ki, Microsoft şirkətinin əsası 1975-ci ildə Bil Geyts və Pol Alen tərəfindən qoyulub. Şirkət proqram təchizatı, internet texnologiyaların qurulması və server eləcə də personal kompüterlər üçün xidmət üzrində ixtisaslaşıb.

Ən məşhuru Windows sistemi olan Microsoft şirkətinin məhsulları dünyanın ən çox kompüter platformaları ilə uyğunlaşır. Məhz bu səbəbdəndir ki, dünyanın 80-dən çox ölkəsində satılır və 45 dilə tərcümə olunub.

Microsoft Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir və hal-hazırda dövlət, özəl sektor və təhsil sahələri üzrə çalışan 8 əməkdaşla təmsil olunur.

İnterpress.az