AZAL qiymətləri endirdi, amma… – ŞƏRTLƏRbackend

AZAL qiymətləri endirdi, amma… – ŞƏRTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev sosial şəbəkədə yazıb. Belə ki, bundan sonra AZAL ilə xarici ölkəyə getmək istəyənlər 5 kilodan artıq əşya üçün əlavə ödəniş etməli olacaqlar. Həmçinin səyahət zamanı təyyarədə yemək ödənişli həyata keçiriləcək.

“Deməli belə. AZAL-ın endirilmli biletlərinin şərtləri:

Bakı-İstanbul-Bakı.

1. Gediş-gəliş- 230 manat (əvvəl 330 idi).

2.Yalnız əl baqajı imkanı (5kq).

3. Əlavə baqaj üçün 50 manat ödəniş (iki tərəfə 100 manat).

4. Uçuş zamanı yemək verilmir. Daha doğrusu, pulsuz verilmir.

Nəticə etibarilə uğurumuz: Əvvəlki puldan daha artığı ödənilir + ac gedirik.

P.S Məzəniz olsun…” – deyə, partiya sədri öz “Facebook” hesabında qeyd edib.

İnterpress.az